Ən çox verilən suallar

Qəzet redaksiyaları üçün

Müsabiqə nəticəsində qalib elan olunan qəzet redaksiyaları üçün

  • 1. Qəzetin tirajına dair mətbəədən alınan elektron qaimələr hansı formada təqdim olunmalıdır?
    – Qəzetin tirajını təsdiq edən elektron mətbəə qaiməsi hər ay başa çatdıqdan sonra 3 (üç) gün müddətində həm redaksiya, həm də mətbəənin məsul şəxsləri tərəfindən imzalanmış və möhürlənmiş şəkildə sistemə yüklənilməlidir. Hər bir qaimədə müvafiq (ötən) ayda çap olunan bütün nömrələrə dair məlumatlar və həmin nömrələrin tarixləri əks olunmalıdır.
  • 2. Qəzetin yayımına dair arayışlar və elektron qaimələr hansı sayda təqdim edilməlidir?
    – Qəzetin yayımını təsdiq edən arayışlar və elektron qaimələr maliyyə yardımı müqaviləsində tələb olunan abunə və satış sayını təmin edəcək sayda təqdim edilməlidir. Qeyd edək ki, Müsabiqə Qaydalarına əsasən qəzetin yayımı (abunə və satışı) 1.500 nüsxədən az olmamalıdır.
  • 3. Qəzetin yayımına dair arayışlar və elektron qaimələr hansı formada təqdim olunmalıdır?
    – Qəzetin yayımını təsdiq edən arayışlar və elektron qaimələr hər ay başa çatdıqdan sonra 3 (üç) gün müddətində həm redaksiya, həm də mətbəənin məsul şəxsləri tərəfindən imzalanmış və möhürlənmiş şəkildə sistemə yüklənilməlidir. Hər bir arayışda qəzetin müvafiq (ötən) aydakı satışı, abunəsi və çatdırılmasına dair məlumatlar qeyd olunmalı və bu məlumatların hamısı elektron qaimədə öz əksini tapmalıdır. Elektron qaimələr həm redaksiya, həm də yayımçının məsul şəxsləri tərəfindən imzalanmış və möhürlənmiş şəkildə sistemə yüklənilməlidir.
  • 4. Qəzetin tiraj bölgüsünü əks etdirən sənəd hansı formada hazırlanmalıdır?
    – Bu sənəd redaksiya tərəfindən hazırlanmalı və hər ay başa çatdıqdan sonra 3 (üç) gün müddətində qəzetin baş redaktoru və ya digər məsul şəxsi tərəfindən imzalanmış və möhürlənmiş şəkildə sistemə yüklənilməlidir. Tiraj bölgüsü müvafiq (ötən) ayda nəşr olunan hər bir nömrənin tirajının yayımçılar arasında paylanmasını əks etdirməlidir.

Jurnalistlər üçün